1996-cı ildən fərdi kollektiv qismində təmir tikinti işləri ilə məşğul olmağa başlamışıq. İllər keçdikcə kollektivdə çalışan ali təhsilli mühəndislərin təcrübələri sayəsində püxtələşmişik.
2017-ci ildə dövlət qeydiyyatından keçərək ASCO Construction MMC-ni yaratmışıq. Bu gün biz tikinti sektorunda etibarlı və peşəkar tərəfdaş kimi tanınırıq.
Tikinti sektorundan asılı olmayaraq bütün işlər hər bir xırdalıqlara qədər müştəri ilə məsləhətləşmələr və sıx təmasda olmaqla aparılır. Bütün işlər standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə görülür.
Tikinti sektoruna aid bütün işlər üzrə peşəkar xidmətlər
Fərdi bağ və yaşayış evlərinin monolit beton konstruksiyası üzərində tikintisi. Layihə seçimindən təhvilə qədər tam xidmət.
Ölçü və formasından asılı olmayaraq hovuzların dəmir-beton konstruksiya əsasında nasosxana ilə birlikdə tikintisi.
İaşə və ticarət obyektlərinin monolit-beton və ya metal konstruksiya əsasında tikintisi.
Açıq və ya bağlı yay mətbəxləri, söhbətgahlar, manqal və təndir komplekslərinin tikintisi.
Daxili və xarici pilləkən qəfəslərinin metal, dəmir-beton, taxta və şüşə konstruksiyada quraşdırılması.
Günbəz tipli dam örtüklərinin dəmir-beton, metal konstruksiya və hörgü üsulu ilə yığılması.
Mənzillərin, ofislərin, iaşə və ticarət obyektlərinin istənilən üslubda peşəkar təmiri.
Tikinti materiallarının və işçilik haqlarının hesablanması. Fərdi qaydada tikinti auditi.
Bütün tikinti materiallarının seçimi, alınması və tikinti sahəsinə çatdırılması.
Hər bir layihə mərhələli şəkildə həyata keçirilir
Müştərinin təqdim etdiyi və ya bizim təklif etdiyimiz layihələrdən seçim edilir.
Texniki eskizlər müştəri tərəfindən təmin edilir, əks halda şirkət tərəfindən hazırlanır.
Tikinti materiallarının və işçilik haqlarının ümumi smeta maya dəyəri hesablanır.
Smeta maya dəyəri müştəri ilə razılaşdırılır və müqavilə bağlanır.
Təsdiqlənmiş layihəyə uyğun tikinti işləri standartlara uyğun həyata keçirilir.
Tamamlanmış layihə müştəriyə yüksək keyfiyyətlə təhvil verilir.
Tamamlanmış tikinti layihələrimizdən nümunələr
Layihəniz haqqında bizə yazın, sizinlə əlaqə saxlayacağıq